SON XƏBƏR

Asif Atanın anım günü keçirilib - FOTOLAR

İyun 07
00:56 2022
Böyük Azərbaycan filosofu, Mütləqə İnam Dünyabaxışının yaradıcıs Asif Atanın anım günü keçirilib

Bu barədə Mütləqə İnam Ocağı məlumat yayıb.

Məlumatda deyilir:

"Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız.

Böyük Azərbaycan filosofu, Mütləqə İnam Dünyabaxışının yaradıcısı Asif Atanın ölümündən 25 il ötdü. Bu il də, hər il olduğu kimi, Asif Ata Ocağının Evladları, eləcə də, Ocaqsevərlər Ağstafa sonevliyində Asif Atanın sonevini (qəbrini) ziyarət etmişlər. Onun ideyası, düşüncə yönü ilə bağlı söz deyilmiş, ”Anım törəninin quralları” yerinə yetirilmişdir. Ağstafa rayon kitab evinə Asif Atanın, Soylu Atalının son çap olunmuş kitablarından bağışlanmışdır.

Törəndən sonra Ocaqçıların rayon aydınları ilə görüşü olmuş, Asif Atanın milli düşüncə yönü ilə bağlı disskusiyalar keçirilmişdir.

Genel olaraq bildirək ki, bu illər içində Asif Atanın bütün kitablarını çap elədik. Onun irsinin əsas kütləsini arxivlərə verdik, üzünü artırıb qoruduq. Çoxsaylı görüşlər keçirib Asif Atanın ideya- düşüncələrini insanlarımıza çatdırdıq. Yüzlərcə tədbirlər keçirdik, basın yayınlarında Asif Atanın öz yazılarını, eləcə də, Ocaqla bağlı çoxsaylı yazıları çap edib yayımladıq.

10-dan artıq özəl buraxılışlar (qəzet biçimləri) hazırlayıb ölkənin onlarca rayonlarında, kəndlərində payladıq. Ocağa yeni insanlar gətirdik. Radio verilişlərində, ayrı-ayrı televiziya kanallarında çıxışlar edib Asif Atanın düşüncələrini yaydıq. İlk yol Türk ulusunun Ruhaniyyat Məbədini - İnam Evini başa gətirib, toplumun nümayəndələri ilə birlikdə açılışını gerçəkləşdirdik.

Bütövlükdə götürəndə Asif Atanın ölümündən bu günədək 29 adda fərqli tirajlarla kitablar çap elədik. Bir sözlə, hər gün, hər yerdə, olanaq düşdükcə, Asif Atanın işinin milli-insani önəmini, İnsanlığa gərəkliyini anlatmağa, öyrətməyə çalışırıq. Bu bizim mübarizə yolumuzdur, Ruhsal Dirçəliş diləklərimizi gerçəkləşdirməkdir.

Atamız Var olsun!

Mütləqə İnam Ocağı

5 Şölə Ayı, 44-cü il.
(İyun 2021)"
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook