ASELSAN Azərbaycandakı hədəflərini açıqladı
Dekabr 29
10:59
2021
Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün Azərbaycandakı hədəflərini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, H.Görgün rəsmi qəzetə müsahibəsində kritik mülki texnologiyalar və hərbi texnologiyaların iç-içə olduğu dövrdə qabaqcıl texnologiya həlləri təklif edən müdafiə sənayesi şirkətlərinin mülki sahələrdə də fəaliyyət göstərməsinin günün zərurəti olduğunu deyib.
Onun sözlərinə görə, ASELSAN Azərbaycanda bir sıra strateji əhəmiyyətli mülki layihələrlə fəaliyyət göstərməyi hədəfləyir:
"Bu istiqamətdə ASELSAN olaraq Türkiyədə olduğu kimi, Azərbaycanda da fəaliyyətimizi müvafiq qurumların həll ortağı məntiqi ilə həyata keçiririk. Biz Azərbaycanda ağıllı şəhərlər, siqnalizasiya və avtomatlaşdırma kimi strateji əhəmiyyətli mülki layihələrlə fəaliyyət göstərməyi hədəfləyirik".