SON XƏBƏR

Arzu Rəhimov bələdiyyə sədri ilə bacara bilmir?- VİDEO

Yanvar 19
12:45 2017
Masallı rayon Ərkivan qəsəbə sakinlərinin qəsəbə bələdiyyəsinin sədri ilə bağlı müraciətləri yayılıb.

Video şəklində yayılan müraciətdə bildirilir ki, Ərkivan Bələdiyyə sədri Anar Rəcəbov on yeddi illik saxta xəstəlik sənədi ilə həqiqi hərbi xidmətdən yayinib. Qəsəbə sakinlərinin kütləvi naraziliq və şikayətinə əsasən hərbi prokurorluqda araşdirma aparılıb və nəticə olaraq, Anar Rəcəbovun qulluğa yararlı olduğu müəyyən edilib. həmçinin 05.01 2017-ci il tarixində N saylı hərbi hissəyə xidmətə getməsi haqda qərar verilib. Buna baxmayaraq, Anar Rəcəbov hərbi xidmətdən yayınmaq məqsədilə özünə üçüncü uşağı övladlığa götürüb və buna nail olub. Qəsəbə sakinləri iddia edirlər ki, ona bu işdə Masallı rayon İcra Hakimiyyəti qəyyumluq şöbəsinin müdürü Məmmədhüseyn Hüseynov, Masallı rayon Məhkəməsinin hakimi Anar Alməmmədov Masallı rayon rəhbərliyinin göstərişi ilə, qanunsuz olaraq köməklik edib: "Ərkivan Bələdiyyə sədri Anar Rəcəbovun saxta yollarla hərbi xidmətdən yayinması qəsəbədə yetişməkdə olan gənclərin hərbi vətənpərvərlik ruhuna mənfi təsir göstərir. Belə görünür ki, kim hərbi xidmətdən yayınmaq istəyirsə, Masallı rayon qəyyumluq şöbəsinin müdürü Məmmədhüseyn Hüseynov və Masallı rayon Məhkəməsinin hakimi Anar Alməmmədova müraciət edə bilər".



Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini verməyə hazırıq. (AFN.az)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook