Arutyunyan Kremlin DXR-LXR ilə bağlı qərarını alqışladı
Fevral 22
12:10
2022
Qondarma "Dağlıq Qarabağ”ın terrorçu rəhəbri Arayik Arutyunyan Rusiya prezidenti Vladimir Putinin separatçı "Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqilliyini tanımaq qərarını alqışlayaraq bəyanat yayıb.
Qaynarinfo bu barədə Sputnik Ermənistana istinadla xəbər verir.
Separatçı "rəhbərin” sözlərinə görə, xalqların öz müqəddəratını təyin etmək və öz dövlətini qurmaq hüququ hər bir xalq üçün məqbuldur və beynəlxalq hüququn fundamental prinsipidir.
Arutyunyan deyib ki, müstəqil dövlətin yaradılması və onun beynəlxalq səviyyədə tanınması, xüsusən də ekzistensial təhlükə qarşısında imperativə çevrilir, çünki bu, qan tökülməsinin və humanitar fəlakətin qarşısını almaq üçün kifayət qədər təsirli və sivil bir vasitədir.
Bu kontekstdə o, Azərbaycanın 20 faiz ərazisini işğal etmələrini "Dağlıq Qarabağ”ın onilliklər ərzində "öz azadlığı, təhlükəsizliyi və dövlətçiliyi”nin formalaşması uğrunda mübarizə aparması kimi qiymətləndirib.
"Biz əminik ki, zəruri və mübahisəsiz tarixi, siyasi, hüquqi və mənəvi əsaslara malik olan "Artsax Respublikası” öz suveren dövlətinin beynəlxalq miqyasda tanınması haqqını qazanıb. Biz Donbas xalqını bu tarixi hadisə münasibətilə təbrik edirik. Ümid edirik ki, bir vaxtlar çiçəklənən bu ölkədə sülh və sabitlik bərpa olunacaq”, - bəyanatda deyilir.
Xatırladaq ki, fevralın 21-də Rusiya prezidenti Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra Rusiya Federasiyası vətəndaşlarına müraciəti zamanı Rusiyanın LXR və DXR-in suverenliyinin tanınması barədə qərar qəbul olunmasını zəruri hesab etdiyini bildirib. Müraciətdən dərhal sonra Putin Kremldə LXR və DXR-i tanıyan fərmanlar imzalayıb.
Tanınmadan əvvəl Donbasda vəziyyət kəskin şəkildə gərginləşib. Qondarma DXR və LXR Ukrayna təhlükəsizlik qüvvələrinə ardıcıl atəş açmağa başlayıb və Ukraynanı birinci olaraq zərbələr endirməkdə günahlandırıb. DXR və LXR rəhbərliyi guya "Ukraynanın işğalı təhlükəsi” ilə əlaqədar vətəndaşların Rostov vilayətinə müvəqqəti təxliyə edildiyini açıqlayıb.