Aru Hüseyn nazirliyi məhkəməyə verib
Fevral 14
17:22
2023
Elm və Təhsil Nazirliyi məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı Hüseyn Arzu Əfqan qızıdır. Onun tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Birinci instansiya məhkəməsi Arzu Hüseynin iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində Məhəmməd Rüstəmlinin sədrlik etdiyi hakimlər kollegiya tərəfindən araşdırılacaq. Artıq iş üzrə martin 23-nə məhkəmə baxış iclası təyin edilib.
Arzu Hüseynin adına Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvlərinin siyahısında rast gəlinir. O, "Təkamül və İnteqrasiya” Beynəlxalq İctimai Birliyinin sədri kimi İctimai Şuranın üzvüdür.
Məlumata görə, Arzu Hüseyn Ağdam rayonunun 149 saylı köçkün orta məktəbində çalışıb. Bir müddət əvvəl işdən çıxarılıb.
Arzu Hüseyn 2019-cu ildə ölkə başçısına məktub yazaraq, Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə” avantürist bəyanatına "Qarabağ Azərbaycandır və nida” cavabına görə ona Ağdam rayonunun 149 saylı köçkün orta məktəbinin kollektivi adından təşəkkür edib.
Bu fakt Arzu Hüseynin həmin məktəbdə çalışdığı barədə məlumatın əsassız olmadığını göstərir.

Qlobal.az