“Armada”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
Yanvar 16
00:52
2025
Ölkədə stomatoloji sahəsində ən böyük şirkət olan "Armada” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.
Qlobal.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinı əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Qeyd edək ki, "Armada” MMC 200 ABŞ dolları sərmayə ilə 05.02.2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Yaqub Zülfüqarov Əliağa oğludur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.