SON XƏBƏR

Çarlz bu gün rəsmən kral elan olunacaq

Sentyabr 10
11:44 2022
Sentyabrın 10-da Böyük Britaniyanın kralını rəsmən elan edən qurum olan Varislik Şurası 70 ildən sonra ilk dəfə Londondakı Müqəddəs Ceyms sarayında toplaşacaq. Mərhum II Yelizavetanın böyük oğlu Çarlz (Kral III) avtomatik olaraq monarx olsa da, ənənə xüsusi elan etməyi və yeni dövlət və Birlik ölkələrinin başçısının adını çəkməyi məcbur edir.

Qaynarinfo "The Guardian”ın kral ailəsinin iqamətgahından aldığı xəbərə istinadən məlumat verir ki, tarixdə ilk dəfə Varislik Şurasının iclası televiziya vasitəsilə yayımlanacaq.

Britaniya tacının rəsmi saytı xəbər verir ki, mərasim London vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook