SON XƏBƏR

Arif Hacılı "Bandotdel"də görüşü başa çatdı- YENİLƏNİB

Yanvar 13
15:49 2016
Bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gələrək, partiyanın başqanı Arif Hacılının BMCMİ-yə dəvət olunduğunu bildiriblər. Müsavat Partiyasından verilən məlumata görə, BMCMİ-nin nümayəndələri bildiriblər ki, idarənin rəisi general Seyfulla Əzimovun Arif Hacılı ilə görüşüb söhbət etmək istəyir. Söhbətin hansı mövzuya aid olduğu deyilməyib. Arif Hacılı bu gün saat 15:00-da BMCMİ-də olacaq. 
 
Bu gün Müsavat başqanı Arif Hacılı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
 
Müsavat Divanının üzvü Nemət Kərimli APA-ya açıqlamasında bildirib ki, A. Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi general Seyfulla Əzimovla görüşü artıq başa çatıb. Onun sözlərinə görə, görüşün təfərrüatları ilə bağlı partiyanın mətbuat xidməti məlumat yayacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook