SON XƏBƏR

Arıçılıq Mərkəzində şübhəli satınalma - Ünvanları qonşu olan MMC-lər qalib elan edildi

Noyabr 29
00:05 2022
Kənd təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun Arıçılıq Mərkəzi 23.985 manatlıq satınalmaya yekun vurub.
  
Qlobal.az xəbər verir ki, Arıçılıq Mərkəzinin "Bitki və toxumların" satın alınması lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 9.525 manat, qalibi "COSMOS-RA" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Elmi-Tədqiqat işləri”nin satın alınması lotu üzrə satınalmanın məbləği isə 14.460 manat, qalibi "KƏNAN KM" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 
 
Arıçılıq Mərkəzinə bitki və toxumlar alacaq "COSMOS-RA" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamə kapitalı 5 manat, qanuni təmsilçisi isə Allahverdiyev Ruhin Səxavət oğludur. 
 

 
"COSMOS-RA" MMC-nin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 9, mənzil 56 ünvanıdır. "COSMOS-RA" MMC-nin fəaliyyət profili, lisenziyaları barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir. 
 
Arıçılıq Mərkəzinə Elmi-Tədqiqat işləri üzrə xidmət edəcək "KƏNAN KM" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin mart ayında dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Eyvazov Kamil Mirələm oğludur. 
 
"KƏNAN KM" MMC-nin hüquqi ünvanı Arıçılıq Mərkəzinin sifarişçi olduğu digər satınalmada qalib elan edilən "COSMOS-RA" MMC-nin hüquqi ünvanı ilə qonşuluqda - Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 12, mənzil 72 ünvanında yerləşir. 
 

 
Bu MMC-lərin qanuni təmsilçilərindən birinin əslən Cəbrayıl rayonundan olduğu, Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş qəsəbədə qeydiyyatdadır. 
 
Hüquqi ünvanları qonşu binalarda olan, fəaliyyət profilləri barədə heç bir məlumat olmayan MMC-lərin Arıçılıq Mərkəzinin eyni gündə sifarişçi olduğu satınalmalarda qalib gəlmələri bir sıra suallara yol açır. 
 
Qlobal.az məsələ ilə bağlı Arıçılıq Mərkəzi ilə əlaqə saxlayaraq sifarişçi olduğu satınalmada qalib elan edilən MMC-lər hüquqi ünvanlarının qonşu olmasına aydınlıq gətirilməsi ilə bağlı münasibət öyrənib. 
 
 
Arıçılıq Mərkəzinin direktoru Samir Mahmudov
 
Arıçılıq Mərkəzinin açıqlamasında deyilir:
 
"Arıçılıq Mərkəzinin "Bitki və toxumların" satın alınması lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 9.525 manat, qalibi "COSMOS-RA" Məhdud Məsuliyyətli Cəmiyyəti, təkliflər içində ən aşağı qiymət təklifinə görə qalib seçilib. "Elmi-Tədqiqat işləri”nin satın alınması lotu üzrə isə satınalmanın məbləği 14.460 manat, qalibi "KƏNAN KM" Məhdud Məsuliyyətli Cəmiyyətidə həmçinin təkliflər içində ən aşağı qiymət təklifinə görə qalib seçilir. Arıçılıq Mərkəzinin bitki və toxumlar alacaq "COSMOS-RA" Məhdud Məsuliyyətli Cəmiyyəti və Elmi-Tədqiqat işləri üzrə xidmət edəcək "KƏNAN KM" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanlarının qonşuluqda olmaqları haqqında heç bir məlumatı olmayıb".
 
Arıçılıq Mərkəzi açıqlamasında qalib elan etdiyi MMC-lərin hüquqi ünvanlarının qonşu ünvanlarda olmasını təsadüf sayır:
 
"Arıçılıq Mərkəzi tərəfindən bitki və toxumlar alacaq "COSMOS-RA" Məhdud Məsuliyyətli Cəmiyyəti və Elmi-Tədqiqat işləri üzrə xidmət edəcək "KƏNAN KM" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanlarının qonşuluqda olmaqları haqqında təşkilatlarla əlaqə saxlanıldı və təşkilatlar tərəfindən hüquqi ünvanların təsədüfü olduğu söylənildi".

Qeyd edək ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun Arıçılıq Mərkəzinin direktoru Samir Mahmudovdur. 
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook