SON XƏBƏR

Argentinanın vitse-prezidenti 6 il müddətinə azadlıqdan məhrum edilib

Dekabr 07
01:13 2022
Məhkəmə Argentinanın vitse-prezidenti Kristina Fernandes de Kirşneri korrupsiya işi üzrə təqsirli bilib.

"Report” xəbər verir ki, müvafiq qərarı ölkənin İkinci Federal Məhkəməsi verib.

Bildirilib ki, siyasətçi 6 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni zamanda, o, dövlət vəzifəsində işləmək hüququndan ömürlük məhrum edilib.

Qeyd edək ki, 69 yaşlı Kristina Elisabet Fernandes de Kirşner 2019-cu ilin dekabrın 10-dan vitse-prezidenti vəzifəsində olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook