Araz Əliizadə onu təhqir edənlərə cavab verdi: "Həşəratlar vızıldayın..."
Yanvar 10
14:59
2019
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə sosial şəbəkələrdə onu təhqir edənlərə cavab verib.
Qlobal.az
Qlobal.az xəbər verir ki, A.Əlizadə Demokrat.Az-a göndərdiyi müraciətində bildirir ki, Mehman Hüseynovla bağlı son açıqlamasına görə onun mobil telefon nömrəsinə təhqir və söyüş mesajları göndərirlər:
"Mənim Mehman Hüseynovla əlaqədar müsahibəm çıxdıqdan sonra orada işlətdiyim bəzi kəskin ifadələrə görə əvvəl məyus oldum. Lakin sonra təxminən əlliyə yaxın zəng və smslər daxil oldu və mən belə qərara gəldim ki, düz etmişəm. Şapalaq yaxşı tutub. Və bunlar hamısı mütəşəkkil qrupdur. Gələn sms və zənglərin hamısı eyni üslubda, eyni söyüşlər və eyni səhvlərlə dolu idi. Və bu onu göstərir ki, Azərbaycandan gedib kənarda yaşayan bu ünsürlər və hətta Azərbaycanda qalanlar da savadsız və tərbiyəsiz insanlardı. Və fikirləşdim ki, mən nə zamansa bu cür ünsürlərlə üzləşmişəm. Və yadıma keçən əsrin 80-cı illərin sonu, 90-cı ilin əvvələrində belələrini "AXC-nin qarşısında sülənənlər " deyə adlandırdığım düşdü. Sonra onların vəhşi üzünü Azərbaycanda dövlət çevrilişi zamanı parlamentin şüşələrini sındıran zaman görmüşdüm. Dişilər tumanlarını çıxardıb, deputatlara özləri üçün ayıbsız olan yerlərini göstərirdilər, erkəklər isə söyüş söyür, dava edirdilər.
Və başa düşdüm ki, indi bu telefon zənglərini edənlər, söyüş söyənlər və bu söyüşlər zamanı eyni səhvləri edənlər həmin o zamanki AXC qarşısında sülənənlərin övladlarıdır. Onlar bir illik hakimiyyətə gəlib, biraz "laş” yedilər, övladları isə xaricə qaçıb orada "laş” yeməyə davam edirlər. Sadəcə bir böyük fərq var: o zaman onlar minlərlə idilər, indi isə onlarladırlar.
Həşəratlar! Davam edin, vızıldayın. Azərbaycanın karvanı gedəcək, müvəffəqiyyətlə mənzil başına çatacaq və inkişaf edəcək. Siz isə vızıldayın. İt hürər, karvan keçər. Öz aramızdı, şapalaq sizi yaxşı tutub".
Qlobal.az