SON XƏBƏR

Ararat Mirzoyan İspaniyaya səfər edəcək

İyul 05
12:09 2022
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İspaniyaya işgüzar səfər edəcək.

Qlobal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi "Twitter"də bildirib.

Onun sözlərinə görə, 5-7 iyul tarixlərində davam edəcək səfər çərçivəsində Ermənistan XİN başçısı İspaniya Konqresinin prezidenti, xarici işlər naziri və Dünya Turizm Təşkilatın prezidenti ilə görüşlər keçirəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook