AQTA: "Bəzi təsərrüfatlarda bitki sağlamlığına cavabdeh şəxslərin olması məcburiləşdiriləcək"
May 24
12:46
2022
Azərbaycanda bəzi təsərrüfatlarda bitki sağlamlığına cavabdeh şəxslərin olması məcburiləşdiriləcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov deyib.
Onun sözlərinə görə, təsərrüfatlarda bitki sağlamlığına cavabdeh şəxslərin müəyyənləşdirilməsi mütləqdir: "Bu gün belə sistem mövcud deyil. Ona görə də bəzən müəssisələrdə bununla bağlı aqronomlar, mütəxəssislər olmur. Bu da bitki sağlamlığının təmin edilməsində çətinliklər yaradır. Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq bu sahədə bir neçə tənzimləmə nəzərdə tutulur".