SON XƏBƏR

“Aqrolizinq” niyə çirkabdan təmizlənə bilmir?

İyun 07
08:34 2016
Ekspertlərə görə, ayrılan maliyyə qeyri-şəffaf, idarəçilik isə rüşvət və korrupsiyaya bulaşıb
 
Xəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı Nazirliyində "Taxıl biçininin qısa müddətdə və itkisiz yığımının təşkili ilə bağlı qarşıda duran vəzifələr”ə həsr olunmuş respublika müşavirəsi keçirilib.
 
Müşavirədə nazir Heydər Əsədov "Aqrolizinq” ASC-nin sədrinə töhmət, sədr müavininə şiddətli töhmət, həmçinin işdə ciddi nöqsanlara yol verdiyinə görə Bərdə, Ağsu, Oğuz, Ağcabədi, Şamaxı, Hacıqabul, Gədəbəy, Yevlax "Aqroservis” rəhbərlərinə şiddətli töhmət və sonuncu xəbərdarlıq edilib, Cəlilabad və Gəncə regional nümayəndəliklərinə töhmət verilib, işlərini günün müasir tələblərinə uyğun qura bilmədiklərinə görə lizinq ödənişlərinin yığımı üzrə regionlarla iş üzrə sektorun yeddi region üzrə ştat vahidi ləğv edilərək, mərkəzi aparatda struktur dəyişikliyinin aparılması məqsədəuyğun hesab olunub.

Onu da qeyd edək ki, bir neçə il əvvəl də "Aqrolizinq”lə bağlı yaşanan problemlər bir sıra rayonlarda rəhbər şəxslər barəsində cinayət işinin açılmasına, onlardan bəzilərinin həbs olunmasına səbəb olmuşdu. Nə baş verir? Niyə bu sahədə mövcud olan problemləri, çatışmazlığı, korrupsiya və rüşvəti həll etmək olmur?
 
Ekspertlər hesab edir ki, təkcə "Aqrolizinq”də deyil, digər sahələrdə də rüşvət və korrupsiyanın ləğv edilməməsi təsadüfi deyil. Azərbaycanda korrupsiyanın bir idarəçilik modeli olduğunu vurğulayan ekspertlər düşünür ki, rüşvət və korrupsiya ali səviyyədə aparılan siyasətin nəticəsidir. Gürcüstanda Saakaşvilinin dövründə rüşvət və korrupsiya bir qərarla yığışdırıldı.
 
"Aqrolizinq”lə bağlı rüşvət və korrupsiyanın dəfələrlə səslənməsinə baxmayaraq konkret tədbirin görülməməsi məhz bundan irəli gəlir. Çünki ayrılan maliyyə qeyri-şəffaf, idarəçilik isə rüşvət və korrupsiyaya bulaşıb.
 
Ekspertlərə görə, H.Əsədovun töhmət verməsi bir cəza tədbiri olsa da, bu təsisatda çalışanların tamahı daha yüksəkdir. Çünki bütün ölkə bu sahədəki rüşvət və korrupsiyadan danışır, bundan böyük ictimai qınaq, töhmət ola bilərmi?
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook