SON XƏBƏR

Aqrar Xidmətlər Agentliyinin vəzifəli şəxslərinə cinayət işi açıldı

Noyabr 06
10:59 2025
Kənd Təsərrüfatı Yanında Aqrar Xidmətlər Agentliyinin Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin vəzifəli şəxslərinə cinayət işi açılıb.

Qlobal.az-ın Qafqazinfo-ya iatinadən məlumatına görə, Mərkəzin rəhbər şəxsləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar araşdırılıb.

Araşdırma nəticəsində vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə işin başlanmasına qərar verilib.

İstintaq tədbirləri davam etdirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook