SON XƏBƏR

Aqiyə Naxçıvanlı: Uşaqların icbari təhsildən yayınmalarının qarşısını almaq üçün maarifləndirmə tədbirləri güclənməlidir

Dekabr 12
11:49 2015
"Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunda edilən dəyişiklər günün tələblərinə uyğundur. Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.
 
A.Naxçıvanlı bildirib ki, bu dəyişikliklər "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması məqsədi ilə edilir. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 51.1-ci maddəsinə edilən düzəlişə əsasən, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya 40 manatdan 60 manatadək miqdarda cərimə edilir.
 
«Düşünürəm ki, uşaqların üzürsüz səbəblərə görə icbari təhsildən yayınması ilə bağlı cərimələrin tətbiqi çox vacibdir. Belə cərimələr valideynləri vəzifələrini icra etməyə məcbur edəcək. Eyni zamanda bu yöndə maarifləndirmə işləri aparılmalıdır ki, uşaqların gələcəyi ilə bağlı təhsilin nə qədər önəmli olduğu dərk edilsin»- deyə, A.Naxçıvanlı vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook