SON XƏBƏR

Aqil Abbas şikayətləndi: “Dədəmin dədənə borcu var?”

Fevral 01
17:34 2021
Deputat Aqil Abbas Milli Məclisin plenar iclasında çıxışı zamanı həmkarları Fazil Mustafa və Qənirə Paşayevanın kitab nəşri ilə əlaqəli vergi güzəştlərinin tətbiq edilməsi fikirlərini dəstəklədiyini deyib.

Deputat məsələyə fərqli şəkildə, ironiyalı münasibət bildirib. "Neçə ildir bu barədə deyilir, amma elə deyilənlər burada qalır. Çünki bizə kitab lazım deyil. Məktəblər də bağlanır, distant təhsil alırıq. Mənim doğulduğum kənddə heç telefon da yoxdur”, deyə deputat söyləyib.

A.Abbas film çəkilişi ilə bağlı məsələyə də toxunub:

"Möhtərəm prezident filmlər üçün pul ayırır. Bu filmi çəkməlisən ki, ondan qazanc götürəsən. Pulu ayırıb kinostudiyanın hesabına köçürən kimi, oradan 18 faiz vergiyə çıxılır. Dədəmin dədənə borcu var, qoy bu filmi çəkək də! Filmi çəkək, sataq, sonra vergi tutulsun. 18 faiz 300 min manatdır. 300 min manata orta film çəkmək olar. Tarif Şurası da gözəl işləyir, suyun qiymətini qaldırdı, sevindik. Heç olmasa deyilən söz burada qalmasın. 5-6 ildir deyilir, heç nə dəyişmir”.//Musavat.com 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook