Apteklərdə uşaqlar üçün hərarətsalıcı siroplar yoxa çıxıb
Fevral 24
10:14
2023
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu dərmanların son idxal məlumatlarını təqdim edib
Metronun "28 May” stansiyasından Maştağa kəndinə kimi bütün aptekləri tək-tək gəzmişəm, heç birində uşaqlar üçün hərarətsalıcı siroplar satılmır. Yalnız bir yerdə "Nurofen” siropu tapa bildim, onu da bir tanışın xahişi ilə verdilər. Qızdırmasalıcı dərmanlar yoxa çıxıb”.
Bunu Meydan TV-yə Maştağa kənd sakini Polad Quliyev deyib. Onun sözlərinə görə, qızdırmasalıcı vasitə kimi yalnız şamlar məsləhət görülür: "Axşam vaxtı uşağı yuxudan durquzub şam qoymaq olmur. Həm də indi satılan şamlar siroplar kimi effekt vermir. "Panadol”, "Nurofen”, "İbufen D” siropları aylardır tapılmır. Pediatrlar əvəzediciləri deyil, məhz həmin dərmanları tövsiyə edirlər”.
Valideynlər deyirlər ki, əvvəllər "Alman aptekləri”ndə qızdırmasalıcı həblər satılsa da, son günlər bu apteklərdə də dərmanlar yoxa çıxıb.
Bir neçə aptek satıcısı isə Meydan TV-yə bildirib ki, "Nurofen” siropunun istehsalı dayandırılıb, "İbupre”nin istehsalının isə qadağan edildiyi xəbərləri yayılıb.
Səhiyyə Nazirliyin Analitik Ekspertiza Mərkəzindən Meydan TV-nin sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycana dərman vasitələrinin idxalı ilə özəl şirkətlər məşğul olur, mərkəz yalnız dərman vasitələrinin keyfiyyətinin laborator analizi və sənədlərinin uyğunluğunu yoxlayır. Fevralln əvvəlində Rusiyanın ən böyük dərman istehsalçıları Rusiyanın Sənayi və Ticarət Nazirliyinə parasetamol və ibuprofen tərkibli (Nurofen) dərmanlar da daxil olmaqla bir sıra həyati vacib dərmanların istehsalından imtina edə biləcəklərinə dair xəbərdarlıq ediblər. Bundan başqa, onlar əsas dərmanlar siyahısına daxil edilmiş 50-dən çox beynəlxalq patentləşdirilməmiş adda dərman vasitəsinin istehsalından imtina edəcəklərini bildiriblər.
Mərkəz Azərbaycana gətirilən adıçəkilən dərmanların son idxal məlumatlarını da Meydan TV-yə təqdim edib:
– İbuprofen tərkibli: Qofen 400, kapsul – 16.02.2023-cü ildə 2712 qutu;
– Nurofen uşaqlar üçün suspenziya – 14.02.2023-cü ildə 12 984 qutu;
– Nurofen ekspress 200 mg, kapsul – 14.02.2023-cü ildə 9936 qutu;
– Nurofen forte 400 mg, tablet – 14.02.2023-cü ildə 9936 qutu;
– Paydofebril suspenziya – 10.02.2023-cü ildə 14 964 qutu;
– Nurofast 400 mg, tablet – 02.02.2023-cü ildə 24 655 qutu;
– İbufen suspenziya – 25.01.2023-cü ildə 15 364 qutunun idxalına icazə verilib.
– Parasetamol tərkibli:
– Panadol baby – 15.02.2023-cü ildə 2520 qutu;
– Parasetamol sofarma, tablet – 15.02.2023-cü ildə 43 320 qutu;
– Parasetamol sofarma suspenziya – 15.02.2023-cü ildə 10 000 qutu.
"Bu gün dünyada baş verən qlobal proseslər enerji daşıyıcılarının qiymətinin artmasına, logistika xərclərinin və xammalın qiymətinin qalxmasına səbəb olur. Eyni zamanda müharibə, logistik marşrutların dəyişməsi, istehsal xərclərini artırır və nəticədə qlobal təchizat zəncirində qırılmalar müşahidə olunur. Bu proseslər Azərbaycana da təsir edir. Nəzərinizə çatdırırıq ki, bəzi DV-lərin qıtlığı təkcə bizim ölkədə yaşanmır. Avropa, Rusiya və Türkiyə bazarlarında da müəyyən dərmanların çatışmazlıqları var ki, bunu da səbəbi qeyd etdiyimiz qlobal proseslərdir. Belə bir vəziyyətdə Azərbaycan hökuməti də yarana biləcək risklərin minimallaşdırılması üçün tədbirlər görür”, – Səhiyyə Nazirliyin Analitik Ekspertiza Mərkəzinin cavabında deyilir.
Daha sonra vurğulanır ki, Azərbaycan dərman vasitələrində idxaldan asılı ölkədir, istehsal sahələri yeni qurulmağa başlayır.
Bu məqsədlə Pirallahı və Ələt Azad İqtisadi Zonasında işlər aparıldığı, qısa müddətdə Azərbaycanın özünü bəzi dərman vasitələri ilə təmin edə bilməsi üçün zəruri addımlar atıldığı qeyd olunur:
"Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə "Əczaçılıq sektorunun inkişafı üzrə Komissiya” yaradılıb. Komissiya tərəfindən hazırlanmış qanunvericilik təşəbbüsləri Hökumətə təqdim edilib. Razılaşdırılmış təkliflər hazırda yekunlaşma mərhələsindədir”.