Apteklərdə satılan dərman paketlərini “Avromed” hazırlayıbmış
Dekabr 21
15:40
2020
TƏBİB koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə satılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
TƏBİB-dən verilən məlumatda qeyd edilir ki, bununla bağlı dekabrın 18-də TƏBİB tərəfindən açıqlama verilib: "İlkin olaraq bildirdik ki, sözügedən paketlər TƏBİB-ə aid deyil. İki gündür davam edən araşdırmalarımız nəticəsində isə məlum oldu ki, bəzi apteklərdə satışa çıxarılan həmin dərman paketləri "Avromed Company” MMC-nin şəxsi təşəbbüsü ilə hazırlanıb.
Lakin paketlərin hazırlanması zamanı anbar əməkdaşları tərəfindən yanlışlığa yol verilib. Şirkət əməkdaşı paketləmə zamanı yanlışlıqla dərman paketinin içərisinə "Avromed Company” MMC-nin deyil, anbarda nümunə üçün hazırlanmış TƏBİB-ə məxsus fleyerləri yerləşdirib. Problem ortaya çıxan kimi həmin dərman paketləri apteklərdən geri çağırılıb.
Qlobal.az




