SON XƏBƏR

Aprelin 1-dək partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim etməlidirlər

Mart 18
00:52 2025
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında partiyanın 2024-cü il üzrə maliyyə hesabatı təsdiq edilib.

Qlobal.az APA-ya istinadən məlumat verir ki, qanunvericiliyə uyğun olaraq 2024-cü il üzrə maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq.

Qeyd edək ki, siyasi partiyaların MSK-ya 2024-cü il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-i başa çatır. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınmış 26 partiya mövcuddur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook