SON XƏBƏR

"Apple" Rusiyanın cərimələr dalğasından çıxa bilmir

İyun 21
09:25 2023
Moskvanın Taqanski rayonunun məhkəmə dairəsinin hakimi saxta xəbərləri silmədiyinə görə "Apple"a qarşı protokola baxacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, şirkəti 4 milyon rubl cərimə gözləyir. Protokolun dinlənilməsi üçün tarix təyin edilməyib.

"Məhkəmə "Roskomnadzor” tərəfindən "Apple” ilə bağlı Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsinə əsasən tərtib edilmiş protokolu qəbul edib.

Bundan əvvəl Rusiya Ali Məhkəməsi "Apple"a qarşı 906 milyon rubl məbləğində cərimənin qanuniliyini təsdiqləyib. Söhbət Kaspersky Laboratoriyası ilə olan məhkəmə işindən gedir.

Bundan əvvəl Rusiya məhkəməsi "App Store"da ödənişlər tətbiq etdiyinə görə "Apple"ın 1,2 milyard rubl cəriməsini təsdiqləyib.

FAS-ın (Federal Antomonopol Xidməti) məlumatına görə, "Apple Inc." qeyri-qanuni olaraq proqram tərtibatçılarına öz ödəniş xidmətini "App Store"da tətbiq edib. FAS şirkəti 1,2 milyard rubl cərimələməyi əmr edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook