SON XƏBƏR

"APF Group" şirkətin Səfər Mediyevə məxsus olmasını təkzib edir

Yanvar 19
11:56 2026
16 yanvar 2026-cı ildə Qaynarinfo.az saytında yayımlanan "Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi" başlıqlı məlumat ilə bağlı "APF Group" MMC-dən açıqlama daxil olub.

Şirkətdən Qaynarinfo-ya daxil olan məlumatda deyilir:

"Məlumat üçün diqqətinizə çatdırmaq istəyirik ki, sosial şəbəkələrdə və xəbər saytlarında 16.01.2026-cı il tarixdə yayınlanmış "APF Group" MMC-nin rəhbəri dəyişib" başlıqlı xəbərdə qeyd olunan "APF Group" MMC-nin DGK-nin keçmiş sədri Səfər Mehdiyevə məxsus olması barədə məlumat həqiqəti əks etdirmir".

Bununla belə, xəbərdə "APF Group" MMC-də rəhbər dəyişikliyi barədə yazılanlar - direktor Fuad Əlizadənin Rafiq Xəlilovla əvəzlənməsi faktı təsdiqlənib.

Qeyd edək ki, "APF Group" MMC 6 iyun 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, N.Tusi küçəsi, ev 5/1-də yerləşir. Şirkətin ilk rəhbəri Fuad Əlizadə olub. O, bundan əvvəl Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində işləyib, gömrük polkovnikidir.

Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook