SON XƏBƏR

Aparat rəhbərinin müavini olmaq istədiyi iddia edilən başçı oğlu işdən çıxarılıb?

Avqust 10
14:08 2020
Başçı oğlu atasının pulları hesabına özünə yeni karyera qurmaq yolundadır

Kürdəmir rayon İcra hakimiyyəti başçısının oğlu atasının pulları və nüfuzu hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) aparat rəhbərinin müavini təyin olunacağı barədə məlumat yayılıb.
 
AzFakt.com-un əldə etdiyi məlumata görə, Kürdəmir rayon İcra Hakimiyyətinin başçı Ceyhun Cəfərovun oğlu Emil Cəfərovlinin qurumun aparat rəhbəri təyin olunacağı deyilir.
 
"1994-cü il təvəllüdlü Emil Cəfərlinin savadlı bir kadr olmadığı deyilir. Onun dəfələrlə AAYDA rəhbərliyi tərəfindən təltif edilməsinin əsas səbəb atası olan icra başçısıdır. Emil Cəfərlinin aparat rəhbərinin müavini kimi yüksək vəzifəyə təyinat alacağına güman ki, Ceyhun Cəfərovun maddi imkanları rol oynayır", deyə məlumatda qeyd edilir.
 
Məlumatı dəqiqləşdirmək üçün Kürdəmir rayon İcra hakimiyyətindən münasibət öyrəndik. Kürdəmir rayon İcra Hakimiyyətindən bildirdilər ki, hal-hazırda Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun oğlu Emil Cəfərov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) işləmir.
 
Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook