SON XƏBƏR

AP Viktor Orbanı səsvermə hüququndan məhrum etmək üçün imza toplayır

Yanvar 10
00:33 2024
Avropa Parlamentinin finlandiyalı deputatı Petri Sarvamaa Macarıstanın baş naziri Viktor Orbanı Avropa Şurasında səsvermə hüququndan məhrum etmək üçün imza toplama kampaniyasına başlayıb. 

Qaynarinfo xəbər verir ki, deputat bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.

"İndi və ya heç vaxt. Aİ-nin qərar vermə maşını Viktor Orbana görə ilişib qalıb. Bunu həyata keçirməyin yeganə yolu Orbanı Şurada səsvermə hüququndan məhrum etməkdir. Eyni zamanda, biz göstərəcəyik ki, Aİ-də şantaj üçün yer yoxdur", deyə Sarvamaa yazıb.

O, AP-nin rəhbəri Robert Metsolenin petisiyasını dərc edib və digər deputatları imzalamağa çağırıb. Sənəddə deyilir ki, Orbanı Avropa Şurasında səsvermə hüququndan məhrum etməklə, Aİ Macarıstana onun hərəkətlərinin qəbuledilməz olduğuna dair aydın siqnal göndərəcək.

Daha əvvəl bildirilmişdi ki, Avropa Şurasının hazırkı rəhbəri Şarl Mişel 2024-cü ilin yayında vaxtından əvvəl postunu tərk edəcək. Mişelin köməkçisi bu məlumatı yanvarın 7-də "Politico"ya təsdiqləyib. Siyasətçi Avropa Parlamentində deputat olmaq niyyətindədir və bunun üçün indiki postunu tərk etməli olacaq. Aİ liderləri Avropa İttifaqı Şurasının yeni rəhbərinin namizədliyi ilə bağlı tez razılığa gələ bilməsələr, Macarıstanın baş naziri Viktor Orban quruma 6 ay rəhbərlik edəcək. Çünki həmin vaxt Avropa İttifaqı Şurasına Macarıstan sədrlik edəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook