SON XƏBƏR

Anton Siluanov- “Gələn il neft 30 dollar ola bilər”

Dekabr 12
17:19 2015
Rusiyanın maliyyə naziri: "Gələn il neft 30 dollar ola bilər” Rusiyanın maliyyə naziri Anton Siluanov 2016-cı ildə neftin qiymətinin 30 dollaradək enəcəyini istisna eləməyib və indidən ehtiyat variantlar barədə düşünməyin vacib olduğunu bildirib.
 
Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə o, Kazan şəhərindəki müşavirədə deyib. "Hamı deyir ki, neftin aşağı qiymətləri yəqin ki, növbəti ildə üstünlük təşkil edəcək. Mümkündür ki, müəyyən dövrlərdə qiymət 30 dollar da olsun. Odur ki, bizim üçün sadə olmayan zamanlara hazırlaşmaq lazımdır” – vurğulayıb nazir.
 
Onun sözlərinə görə, hələ büdcə qəbul edilənədək nazirlik makro-iqtisadiyyatla bağlı vəziyyətin yaxşıya doğru dəyişmədiyini görüb. "Büdcədə neftin qiyməti 50 dollardan götürülüb. İndi artıq 36-37 dollardır. Biz indidən ehtiyat hərəkət variantları hazırlamalıyıq. Nə olacaq, əgər qiymətlər bundan sonra da düşsə” - əlavə edib rusiyalı nazir.
Bundan qabaq sabiq maliyyə naziri Aleksey Kudrin neftin qiymətinin 40 dollardan aşağı enməsini Rusiya iqtisadiyyatı üçün gərgin situasiya adlandırmışdı.
 
Xatırladaq ki, Azərbaycanın gələn il üçün dövlət büdcəsində də neftin qiyməti 50 dollardan götürülüb



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook