Antiinhisar Agentliyində nə baş verir? - 3 vəzifəli şəxs işdən çıxarıldı
Dekabr 06
03:24
2025
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində müşavirlər işdən azad olunublar.
Bu barədə Gununsesi.info-ya məlumat daxil olub.
Məlumatda üç şəxsin dövlət satınalmaları ilə bağlı hüquq pozuntuları səbəbindən işdən çıxarıldığı qeyd edilir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Gununsesi.info-ya cavab olaraq bildirilib ki, Əhməd Həsənov və Elşən Həsənov müxtəlif vaxtlarda öz ərizələri əsasında işdən ayrılıblar:
"Cəfər Babayev isə hazırda sədrin müşaviri qismində agentlikdə çalışır”.
Qlobal.az



