SON XƏBƏR

ANS-in MTRŞ-ya qarşı şikayətinə baxılır

Avqust 10
11:42 2016
Bu gün Bakı Apellyasiya Məhkəməsində "ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılır.

Musavat.com xəbər verir ki, məhkəmə prosesi hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilir.

Qeyd edək ki, "ANS”in şikayəti "İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlıdır.

Məhkəmə prosesinə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, vitse-prezidenti Mirşahin Ağayev və digər əməkdaşları iştirak edir. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook