ANS-in bağlanma xəbərini ATV belə elan etdi-VİDEO
İyul 19
09:08
2016
Bu gün ANS Televiziyasının və radiosunun yayımı dayandırılıb. Bu məlumatın ATV telekanalının aparıcı Lalə Azərtaş tərəfindən 21.00 buraxılışında xüsusi olaraq oxuması sosial şəbəkədə ciddi müzakirə olunmaqdadır. ANS-çilər və onları dəstəkləyən jurnalistlər rəqib kanalın aparıcısına sosial şəbəkədə irad bildirməyi də unutmayıblar.
Videonu diqqətinizə çatdırırıq.
Xatırladaq ki, ANS-in yayımının dayandırılmasına səbəb ABŞ-da yaşayan Fətullah Gülənin Türkiyə əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaqdır. Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qəbul edib.

ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq müraciət olunacaq və son qərar məhkəmə tərəfindən veriləcək.
Qlobal.az