SON XƏBƏR

Ankaraya zərbə: Moskva kürd nümayəndəliyini bağlamadı

Avqust 17
14:22 2016
"Suriya Kürdüstanı”nın Moskva nümayəndəliyi bağlanmayıb.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nümayəndəliyin rəhbəri Rodi Osman söyləyib. Onun sözlərinə görə, nümayəndəlik ənənəvi rejimdə öz fəaliyyətini davam etdirir.
 
Qeyd edək ki, bundan öncə bir sıra ərəb mətbuatı "Suriya Kürdüstanı” nümayəndəliyinin bağlandığı haqqında informasiya yayıb. Mətbuat buna səbəb kimi Rusiya-Türkiyə yaxınlaşmasını göstərib.
 
"Suriya Kürdüstanı” 2014-cü ildə özünü federativ bölgə elan etsə də, heç bir ölkə tərəfindən tanınmayıb. Dəməşq və Ankara xüsusilə bunu qəbul etməyəcəyini açıqlayıb. "Suriya Kürdüstanı” nümayəndəliyi 2015-ci ildən Moskvada fəaliyyət göstərir. Federativ bölgənin yaranmasında xüsusi rolu PKK-nın Suriya qanadı olan PYD oynayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook