Ankaranı partladanların biri Azərbaycanlıdır?
Oktyabr 13
19:26
2015
Diyarbəkir, Suruç və son olaraq Ankarada meydana gələn bombalı hücumlardan sonra gözlər İŞİD-ə çevrilmişdi. Terror təşkilatının ölkə daxilində canlı bomba aksiyası həyata keçirdiyi 21 üzvünün kimliyi müəyyənləşib.
Adıyamanda 2013-cü ildə bir çay evində toplaşan və keçən ilin ikinci yarısından etibarən bir-birinin ardınca sərhədi keçərək Suriyaya gedən şəxslər İŞİD sıralarına qatılıb. Ailələrinin müraciətinə əsasən polis axtarış tədbirləri keçirib və sərhədi keçən şəxslərin İŞİD-ə qoşulduğunu təsbit edib. Son nəticədə isə onlar "terror xarakterli itkin düşmüş şəxslər” kimi axtarışa verilib.
Sərhədi keçən bəzi şəxslər geri qayıtdığı halda yaxınları tərəfindən axtarışı ilə bağlı müraciət olunmayan şəxslərin isə Suriyaya getdiyi müəyyənləşib.
Ötən ilin dekabr ayında sərhədi keçərək Suriyaya gedən və İŞİD sıralarına qoşulan Orxan Gönder adlı şəxs 7 iyul seçkilərindən əvvəl Diyarbəkirdəki HDP mitinqində, Şeyx Əbdurrahman Alagöz isə 20 iyulda Şanlıurfanın Suruç bölgəsində bombalı hücum təşkil edib. "Canlı bomba” olan Alagöz partlayış zamanı öldüyü halda HDP mitinqində bombanı partladan Orxan Gönder isə hadisədən dərhal sonra həbs olunub.
Bu hadisənin ardınca polis özünü canlı bomba kimi partladan Şeyx Əbdurrahman Alagözün böyük qardaşı Yunus Emre Alagözün də aralarında olduğu 15 nəfərin İŞİD-ə qatıldığını müəyyənləşdirib.
Araşdırmalar nəticəsində həmçinin üzə çıxıb ki, bu şəxslər onlara rəhbərlik edən Mustafa Dokumacının soyadından təsirlənərək özlərinə ’Dokumacılar qrupu” adı veriblər və bombalı hücumla bağlı təlimlərdən keçiblər.
Əldə edilən bu nəticələrdən sonra isə polislər müəyyənləşdirib ki, təqib etdiyi şəxslər vaxtilə Suriyada evləniblər. Polisin araşdırmalarına görə, "Dokumacılar qrupu” üzvlərindən bəziləri 3-ü türk, 3-ü isə əcnəbi olmaq üzrə 6 qadınla dini nikahla evləniblər. Sözügedən qadınlar da bombalı aksiya və canlı bombalı hücumla bağlı mütəşəkkil təlimdən keçiblər.
Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində İŞİD-in tərkibindəki "Dokumacılar qrupu"nun 21 üzvünün adları müəyyənləşib və onlardan 19-un fotosu əldə edilib. Əcnəbi mənsubiyyətli olan və adları müəyyənləşən 2 qadının şəkli isə tapılmayıb.
21 nəfərlik siyahıda yer alan bəzi şəxslər ötən aylar ərzində Türkiyə ərazisinə keçiblər. Bu şəxslərin "yatan hücrə” adlandırılan evlərdə qaldığı və hücum üçün İŞİD-dən gələn əmrləri gözlədikləri də əldə edilən məlumatlar sırasındadır.
Virtualaz.org xəbər verir ki, 6-sı qadın olan İŞİD-çilərin dosyesi də araşdırılıb. Məlum olub ki, bu şəxslərdən 18-i adıyamanlı, 3-ü isə bu şəxslərlə evlənən əcnəbi qadınlardır. Hazırda bu 21 nəfərin axtarıb tapılması üçün hüquq-mühafizə orqanları hərəkətə keçib.
Üzərində sözügedən şəxslərin fotoları və adları yazılan plakatlar da hazırdır. 21 nəfərin arasında Ülkər Məmmədova adlı bir azərbaycanlı qadının da adı yer alır. Güman edilir ki, bu şəxs İŞİD-çilərdən biri ilə evlənib.Adıyamanda 2013-cü ildə bir çay evində toplaşan və keçən ilin ikinci yarısından etibarən bir-birinin ardınca sərhədi keçərək Suriyaya gedən şəxslər İŞİD sıralarına qatılıb. Ailələrinin müraciətinə əsasən polis axtarış tədbirləri keçirib və sərhədi keçən şəxslərin İŞİD-ə qoşulduğunu təsbit edib. Son nəticədə isə onlar "terror xarakterli itkin düşmüş şəxslər” kimi axtarışa verilib.