SON XƏBƏR

Ankaradan Moskvaya son zərbə

Mart 25
13:09 2016
Türkiyə cari ilin yanvar ayında ilk dəfə ABŞ-dan mayeləşdirilmiş təbii qaz (SPQ) idxal edib.
 
Publika.az xəbər verir ki, bu barədə Türkiyə energetika bazarının nizama salınması üzrə idarənin xəbərində deyilir.
 
İdxal edilən qazın həcmi 83 milyon kubmetr təşkil edib. Bu, Türkiyənin mayeləşdirilmiş təbii qaz idxalının ümumi həcminin 7,15 faizini təşkil edir. İdarədən verilən məlumata görə, Türkiyə yanvar ayında Əlcəzairdən 468, Qətərdən 437, Nigeriyadan isə 171 milyon kubmetr mayeləşdirilmiş qaz idxal edib. Bir ay ərzində idxal edilən mayeləşdirilmiş qazın ümumi həcmi 1,16 milyard kubmetr təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 396 milyon kubmetr çoxdur.
 
Qeyd edək ki, Rusiya Türkiyəyə təbii qazın əsas ixracatçısıdır (60 faiz). Bundan başqa, İran və Azərbaycan da Türkiyəyə qaz ixrac edir. Rusiya və Türkiyə arasında ötən ilin noyabr ayından gərginləşən münasibətlər Türkiyəni alternativ enerji mənbələri axtarmağa və hazırda mövcud olan mənbələrdən qaz idxalını artırmağa meylləndirib.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook