Ankarada Türkiyə, İsveç və Finlandiya nümayəndələri arasında görüş başlayıb
May 25
15:19
2022
Ankarada Prezident iqamətgahında Türkiyə, İsveç və Finlandiya nümayəndələri arasında ilkin məsləhətləşmə başlayıb.
"Report” xəbər verir ki, məlumatı "TRT Haber” yayıb.
Bildirilib ki, Türkiyə nümayəndə heyətinə Prezidentin sözçüsü İbrahim Qalın və xarici işlər nazirinin müavini Sədat Önal, İsveçin heyətinə hökumət ofisinin dövlət katibi Oskar Stenstrom, Finlandiyanın təmsilçilərinə isə Xarici İşlər Nazirliyinin müşaviri Jukka Salovaara başçılıq edirlər.
Məlumata görə, görüşdə İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətlərinə dair məsələlər müzakirə olunur.
Bildirilib ki, toplantının sonunda yazılı açıqlama yayılacaq.



