Ankarada törədilən terror aktı nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb
Fevral 17
23:09
2016
Fevralın 17-də axşam saatlarında Ankarada törədilən terror aktı nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb, 61 nəfərin xəsarəti aldığı bildirilir.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Ankara valiliyi yayıb.
Paytaxt polisi və terrorla mübarizə idarəsinin əməkdaşları hadisə yerində təhqiqat aparırlar.
Partlayışın baş verdiyi ərazidəki bütün küçələr nəqliyyatın hərəkətinə bağlanıb. Hadisə yerində ciddi təhlükəsizlik tədbirləri görülüb.
Xatırladaq ki, bomba yüklü avtomobil hərbçiləri daşıyan maşın karvanının keçdiyi küçədə partladılıb.
Qlobal.az



