Ankarada növbəti dəhşətli terror
Mart 13
21:54
2016
Ankarada daha bir dəhşətli terror aktı törədilib. Ankaranın mərkəzində, Qızıl Ay meydanı yaxınlığında törədilən terror aktı nəticəsində onlarla adamın həlak olduğu təxmin edilir. P
artlayış Güven Park avtobus dayanacağında çox güman ki, "canlı bomba” tərəfindən törədilib.
Telekanallar hadisə yerindən dəhşətli kadrlar yayır, kadrlara əsasən bir neçə sərnişin avtobusu, onlarla minik avtomobili darmadağın olub.
Hadisə yerinin yaxınlığında ticarət mərkəzi yerləşir. Bu baxımdan ölənlərin sayının həddən artıq çox olduğu təxmin edilir. Rəsmilər hələlik hadisə barədə açıqlama verməyiblər.
Hadisə yerinə polis və təcili yardım briqadaları göndərilib.
Azadlıq.info



