SON XƏBƏR

Ankara terrorunda ölənlərin sayı 37-yə çatdı

Mart 14
11:51 2016
Ankarada dünən törədilən terror aktı nəticəsində ölənlərin sayı 37-ə çatıb. Musavat.com xəbər verir ki, məlumatı NTV telekanalı yayıb.
 
Hazırda xəstəxanalarda 71 yaralı var. Onlardan 15-i reanimasiya şöbəsindədir. Ümumilikdə, hadisə nəticəsində 125 nəfər xəsarət alıb.
 
Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu ölən və yaralananlarla bağlı son məlumatları jurnalistlərə çatdırıb: "30 vətəndaşımız hadisə yerində həyatını itirib. Daha 3 vətəndaşımızı itirdik. Beləliklə, xəstəxanada ölənlərin sayı 7 oldu”.
 
Ölənlərdən biri və ya ikisinin intiharçı-terrorçu olduğu ehtimal edilir.
 
musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook