Ankara terroruna görə 14 nəfər saxlanıldı - YENİLƏNİB
Fevral 18
17:42
2016
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan baş qərargahda Ankara terroru ilə bağlı çıxış edib. Musavat.com xəbər verir ki, çıxışı zamanı Ərdoğan hadisə ilə bağlı 14 nəfərin saxlanıldığını bildirib: "Hazırda 14 nəfər saxlanılıb. Düşünürəm ki, bu rəqəm 14 nəfərlə kifayətlənməyəcək, davamı gələcək"
* * *
Dünən Ankarada həyata keçirilən terror aktından sonra terrorçuların axtarışı davam edir.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri eyni zamanda 7 vilayətdə əməliyyatlar həyata keçiriblər. Partlayışı təşkil edən suriyalı Salih Necar ilə əlaqəsi olduğu öyrənilən 12 nəfər saxlanılıb. Ankara, Adana, Bolu, Tekirdağ və İzmirdə 1, İstanbulda 4, Diyarbəkirdə isə 3 nəfərin saxlanıldğı məlum olub.



