"Ankara terrorçuları"nın kimliyi bəlli oldu- Son dəqiqə
Oktyabr 13
23:08
2015
Bir neçə gün bundan əvvəl Türkiyənin paytaxtı Ankarada 97 nəfərin ölümünə, 200-dən çox insanın yaralanmasına səbəb olan partlayışı törədənlərin şəxsiyyəti müəyyən olunub.
Avropa.info xəbər verir ki, CNN Türk-ün Ankara bölgə müxbiri Hande Fırat aparılan araşdırmalar nəticəsində Ankaranı qana bulayan partlayışı törədənlərin şəxsiyyətlərinin müəyyən olunduğunu bildirib.
O həmçinin polisin şəxsiyyətləri müəyyən olunan iki nəfərin adını hələ ki, açıqlamadığını söyləyib.
Polisin cinayətkarların adlarını açıqlamamasının səbəbi isə bu şəxslərin əlaqələrinin, kimlərlə görüşdüyünün və telefon danışıqlarının araşdırılmasıdır.
Polis adları müəyyən olunan iki canlı bombanın təlimatı haradan aldığını da tapmağa çalışır.