SON XƏBƏR

Andiçmə mərasimindən sonra Zelenski və Putin Türkiyədə Ərdoğanla görüşəcək

May 31
14:56 2023
Türkiyənin yenidən seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra Rusiya və Ukraynadan olan həmkarları Vladimir Putin və Volodimir Zelenski onu ziyarət etməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Hürriyet” mənbələrə istinadən məlumat yayıb.

Qəzet andiçmə mərasimində iştirak etmək üçün çoxsaylı xarici liderlərin Türkiyəyə gələcəyini qeyd edib. Öz növbəsində Vladimir Putin "ayrıca səfər” edəcək, bundan sonra Volodimir Zelenski Türkiyəyə gedəcək. Nəşrin məlumatına görə, Rusiya və Ukrayna prezidentlərinin səfəri zamanı "müharibənin gedişi” və taxıl sazişi müzakirə olunacaq.

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan 4% səs fərqi ilə qalib gəlib. Prezidentin müşaviri Mehmet Uçum qeyd edib ki, Ali Seçki Komissiyası iyunun 1-dək yekun seçki nəticələrini elan edərsə, Ərdoğanın andiçmə mərasimi iyunun 3-də baş tuta bilər. Vladimir Putinin türkiyəli həmkarının andiçmə mərasiminə gedə biləcəyi ilə bağlı suala prezidentin mətbuat katibi Dmitri Peskov cavab verib ki, o, xarici liderlərin bu tədbirə dəvət olunmasından xəbərsizdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook