"Ancaq bu şəhərlərdəki məktəblər akkreditasiyadan keçə biləcək"
Fevral 09
13:29
2023
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatına görə, ümumtəhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi mümkün ola bilər. Bununla bağlı məktəblərdə monitorinqlər davam etdirilir.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında qeyd edib ki, məktəblərin akkreditasiyadan keçirilməsi təhsilin inkişafına müsbət təsir edə bilər:
"Məktəblərin akkreditasiyadan keçirilməsi zamanı öncəliklə mövcud təhsil müəssisənin infrastrukturunun yoxlanması, ümumi laboratoriya şəraiti, dərsin keyfiyyətli tədris edilməsi ilə bağlı lazımi alətlərin olması ilə bağlı amillərə nəzarət ediləcək.
Akkreditasiyadan keçirilmə çatışmayan tərəflərin üzə çıxarılması və nöqsanların aradan qaldırılması istiqamətində müəyyən işlərin görülməsinə imkan yaradacaq. Yəni akkreditasiya prosesində məktəbin mövcud problemlərinin həll olunması ilə bağlı tapşırıqlar verilir. Bu addımla təhsilin daha da yaxşılaşdırılması və tədrisin müasir dövrə uyğunlaşdırılması nəzərdə tutulur.
Bu gün Azərbaycanda 4440-dan çox məktəb fəaliyyət göstərir. Deyə bilmərik ki, bu məktəblərin hər biri akkreditasiyadan keçə bilər. Mövcud tələblərə uyğun olaraq, yalnız Bakı, Gəncə, Sumqayıt, bir sıra iri şəhərlərdə və rayonlarda fəaliyyət göstərən təhsil müəssisələri akkreditasiyadan keçə biləcək. Digər məktəblərin isə akkreditasiyadan keçirilməsi ilə bağlı müvafiq işlər görülməlidir. Akkreditasiya təhsilin keyfiyyət təminata, eyni zamanda təhsilin beynəlmiləl olmasına səbəb olacaq”.