"Anasını, bacısını, qızını məməli heyvan adlandıran ərəb düşüncəlilər Türkiyədə..." - Rüstəm Behrudi
İyul 25
11:11
2016
Türkiyədə çevriliş cəhdi bütün dünyanın gündəmini dəyişdi
Nə yol qaldı görəsən,
Sən de,ey qara, kölgə!
Ya təslim olmaq,ya da,
Çıxıb getməkdən özgə.
Hüzünlü,kədərlidi,
Ah,sevdiyim nə varsa...
Boğazda bir gəmiyəm,
Külək alıb aparsa..
Təslim olan əsgərlərə divan tutulması, həyata keçirilən çoxsaylı həbslər, daha sonra elan olunan fövqəladə vəziyyət...
Bütün bunlar dünyanın diqqət mərkəzindədir və geniş müzakirə olunur. Təbii ki, baş verənlərə fərqli münasibətlər mövcuddur. Hadisələr müxtəlif mövqelərdən şərh edilir və mühahisə doğuran məqamlar ortaya çıxır.
Bütövlükdə bu prosesləri yaxından izləyən şair Rüstəm Behrudi fikirlərini Faktor.az saytı ilə bölüşüb.
- Türkiyədə baş verən son hadisələri necə qiymətləndirirsiniz?
- İqtidar savaşını Türk irqinin taleyinə çevirən Gülən-Ərdoğan qarşıdırması Türk xalqının başında çatlamamalıdır. İndi Türkiyə bir oyun içərisindədir və oyunçular beşikdə yad südü əmmiş türk düşmənləridir. Mən çevrilişə cəhd edənləri qınayıram. Türkiyədə nadan, cahil dindarların at oynatmağı, dindən istifadə etməsi qəbuledilməzdir. Din iman işidir, siyasət deyil!
- Türkiyə niyə ərəbləşir? Türkçülük niyə ərəbizmə uduzur?
- Türkiyənin ağır günləri zaman-zaman çox olub. Ancaq Türkiyə heç vaxt indiki kimi fəlakət həddinə çatmayıb. Cəhalət, nadanlıq, islamın gətirdiyi qaragüruh, türk olmayanların türkə nifrəti heç vaxt bu səviyyədə olmayıb. Türk irqini islam ümmətinə çevirmək istəyirlər.
- Çevriliş cəhdindən sonra təslim olan əsgərlərin başlarının kəsilməsi nəyin göstəricisidir? Bu haqda mübahisəli versiyalar irəli sürüldü. Kimlərin törətdiyi əməllərdir bunlar?
- Tükiyədəki bu ağrılı, üzücü hadisələrin təfərrüatlarına varmaq, təhlil etmək fikrində deyildim əslində. Lakin "Allahu-Əkbər" deyə qışqırıb əsgərlərin boğazını İŞİD qaydası ilə kəsənlərin əməlləri məni çox üzdü. Ümidi minbərdəki azan oxuyan dindarlara qalanların gələcəkdə Türkiyənin başına hansı fəlakətləri gətirəcəyi məni çox qorxudur.
Türkiyəni ərəbləşdirmək cəhdləri hansı nəticələrə səbəb ola bilər?
- Qadınları məməli heyvan adlandıran dindarlara necə inanmaq olar? Anasını, bacısını, qızını məməli heyvan adlandıran ərəb düşüncəsi ancaq böyük fəlakətlər gətirə bilər.
Son baş verən hadisələrdə də "saqqallı gədələrin" nə hoqqa çıxardıqlarını gördük. Bundan sonra bu "ərəb beyinli insanları" müdafiə etmək böyük səhv olar.
Bu gün Türkiyə Çin ilə sərhəddə bütöv bir çin ordusu ilə təkbaşına vuruşan Gürşada oxşayır.İçində türklük sevdası olan hər kəs bu tək savaşçının yanında yer almağa borcludur.Türklük savaşında sıra nəfəri olmaqdan gözəl nə var dünyada.
Qiyamı qətiyyətlə pisləyirəm.Bu Türkiyəni oyuna çəkib,ərəb dövlətlərinin gününə salmağa hesablanmış qorxulu bir oyundu.Hər iki tərəfin islama söykənib ondan istifadə etməsi qəbuledilməzdir.
Sonda müsahibimiz baş verənlərdən təsirlənərək yazdığı şeirini də təqdim edib.
Hüzünlü,kədərlidi,
Ah,sevdiyim nə varsa...
Boğazda bir gəmiyəm,
Külək alıb aparsa...
"La ilahə illəllah",
Bildim,onnan başqa yox!
Bu nə cür dindi,Tanrım,
Qorxuya "hə'', aşqa " yox''!
Yaram təzə deyil ki,
Min dörd yüz il dərində.
Sözlərindən qan sızır,
"Allahu-əkbər"in də.
Ah,İstanbul,İstanbul...
Didərgin ruhum mənim.
Sənnən birgə ölürəm,
Gözlərimi yum nənim.
Tanrı dağı dumandı,
Yer kordu,göylər sağır...
Üşüdüm,Ötükəndə,
Çadırıma qar yağır...
Kimdi ən namərd adam?
-Hər şeyin bitdiyi an
Durub aman diləyir,
Öldürdüyü adamdan.
Nə yol qaldı görəsən,
Sən de,ey qara, kölgə!
Ya təslim olmaq,ya da,
Çıxıb getməkdən özgə.
Hüzünlü,kədərlidi,
Ah,sevdiyim nə varsa...
Boğazda bir gəmiyəm,
Külək alıb aparsa..