SON XƏBƏR

Anar Qədiməliyevin "kombinasiyası" Gəncədə təhsil işçilərini narazı salıb

Avqust 05
10:06 2021
İxtisasca pedaqoq olmayan, heç vaxt sinfə girib bir saat belə, müəllimlik etməyən, dərsdən-tədrisdən xəbəri olmayan Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olmuş Anar Qədiməliyevin Gəncə kimi yarım milyona qədər əhalisi olan, respublikanın ikinci böyük şəhərinə təhsil idarəsinin rəisi təyin olunması şəhərin çoxminli təhsil işçiləri tərəfindən bir mənalı qarşılanmadı.

Gənc olmasına baxmayaraq, əyri işləri düzəltməkdə, rüşvət almaqla əlaqədar müxtəlif kombinasiyalar qurmaqda çox çevik olmaqla bərabər, həmdə böyük ustalıq nümayiş etdirir. Sanki, bu adam şəhər təhsil idarəsinə ona görə rəhbər göndərilib ki, əvvəlki sələflərinə nümayiş etdirsin, göstərsin ki, baxın rüşvəti necə mərkəzləşdirmək, necə ustalıqla almaq olar. Adi bir epizodu nəzərdən keçirək: Gəncə ş. 31 saylı tam orta məktəbdə "İbtidai sinifin metodikası” (rus bölməsi) müəllimliyi üzrə vakant yerdə zaman-zaman MİQ imtahanında iştirak edən və keçid balını toplaya bilməyən müəllimlər müddətli müqavilə ilə işləyiblər. Lakin 2020/2021 tədris ili üçün qeyd olunan vakant yer heç bir səbəb olmadan Gəncə ş. 31 saylı tam orta məktəbin direktoru Elyanora Əsgərova və Gəncə şəhəri təhsil idarəsinə rəhbəri A.Qədiməliyevin səyi nəticəsində Təhsil Nazirliyinin tərtib etdiyi vakant yerlərin siyahısından çıxarılıb.

Məlumat üçün bildirim ki, qeyd olunan vakant yerdə isə saxta diplomlu, MİQ imtahanlarında iştirak edə bilməyən Leyla Hacıyeva müəllimlik edir. Neçə illərdir vakant olan yerin qanunsuz olaraq saxta diplomlu birisinin xeyrinə dondurulması A.Qədiməliyevdən əvvəlki təhsil idarəsi rəhbərinin ağlına belə gəlməmişdi, ya da ki, risk etməmişdi. Lakin A.Qədiməliyev bu işi ustalıqla yerinə yetirmişdir.

Məktəblərdə boşaldılmış vakan yerləri Təhsil nazirliyindən gizlədərək məktəb daxilində saatı nisbətən az olan müəllimlər arasında bölüşdürür, yəni sözün həqiqi mənasında "alışma edir”. Nəticə olaraq MİQ imtahanlarında yüksək bal toplamış savadlı müəllimlərimiz vakant yerlərin azlığından kənarda qalırlar. Əgər zaman-zaman əmələ gəlmiş vakant yerlər gizlədilməsəydi, nazirliyin vakant siyahısına salınsaydı savadlı müəllimlərimiz işsiz qalmazdı. Bütün bunlar hamısı cəmiyyətdə təhsil nazirliyinə və bütövlikdə dövlətimizə qarşı böyük narazılıqlara səbəb olur.

A.Qədiməliyev Gəncə şəhər təhsil idarəsinə ona görə rəhbər göndərilməyib ki, özündən əvvəlkinin səhvini daha pis formada təkrar etsin, öz mənafeyini güdərək cəmiyyətdə böyük narazılıqlar yaratsın, yox, əksinə, göndərilib ki, o mövcud olan nöqsanları aradan qaldırsın və Gəncədə təhsilin inkişafını təmin etməklə məşğul olsun. Lakin gözlənilənlərin əksinə olaraq A.Qədiməliyev neqatif halları ortadan qaldırmaq əvəzinə, özü qanunlarımızı pozaraq təhsildəki inkişafımızı əngəlləyir.

Mənbə: Hurriyyet.az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook