SON XƏBƏR

Anar Məmmədxanovun qızı modellik etdi - Foto

İyun 17
00:27 2016
Modelyer Gülnarə Xəlilovanın "Milli Geyimlər" kataloqunun təqdimat mərasimi olub. 
 
Musavat.com xəbər verir ki, mərasimdə İordaniyanın ölkəmizdəki səfiri, millət vəkilləri Qənirə Paşayeva, Hikmət Ağaoğlu, xalq artisti Səkinə İsmayılova, Tünzalə Ağayeva, Aşıq Samirə və başqaları iştirak edib. 

Kataloq haqda danışan Gülnarə Xəlilova bildirib ki, çəkiliş zamanı əməkdar artist Tünzalə Ağayeva və mərhum Anar Məmmədxanovun qızı Məryəm model olaraq kamera qarşısına keçib: "Hər zaman milli geyimlərimizi təbliğ etməyə çalışıram. Kataloqda orta əsrdən başlayaraq 18-ci əsr və müasir geyimlər təqdim edilib. Kataloqun birinci hissəsində mərhum Anar Məmmədxanovun qızı Məryəm, ikinci hissədə isə əməkdar artist Tünzalə Ağayeva çəkilib. Çəkilişlərimiz İçərişəhərdə əslən azərbaycanlı olan, Norveçdə yaşayan fotoqraf Fariz Nadir Rzayev tərəfindən aparılıb. Modellərinin saç düzümü və makiyaji üzərində Səbinə İmanov çalışıb. Bundan sonra da milli geyimlərimizin gözəlliyini insanlara çatdırmağa davam edəcəyik. Bu sonuncu işimiz olmayacaq".

Daha sonra səhnəyə çıxan millət vəkili Qənirə Paşayeva Gülnarə Xəlilovaya xarici ölkələrdə də bu işi uğurla həyata keçirməyi arzulayıb.    

Millət vəkilinin çıxışından sonra söz 6 yaşlı ifaçı Nuraya verilib. O, "İgid əsgər möhkəm dayan" mahnısını ifa edib.  

Əməkdar artist Tünzalə Ağayeva isə özünü ilk dəfə model olaraq sınadığını deyib "Bu gün bacım, rəfiqəm Gülnarənin yanında olmağı özümə borc bildim. Çoxları bilir ki, daim Gülnarənin hazırladığı geyimləri geyinirəm. Zövqlərimiz tam üst-üstə düşür. Milli geyimləri çox sevirəm. Gülnarə mənə deyəndə ki, model olaraq kamera qarşısına keçim, çox tərəddüd etdim. Necə alındığını bilmirəm. Dəyərli bacıma gələcək işlərində uğurlar arzulayıram”.                
 
Məryəm Məmmədxanlı  isə milli geyimlərə böyük marağı olduğunu deyərək, çəkilişə dəvət edildiyi üçün modelyerə təşəkkür edib.
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook