SON XƏBƏR

Anar Kərimov ABŞ-a səfər edəcək

Aprel 26
13:58 2022
Mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfər edəcək.

"Report" xəbər verir ki, nazirlə birlikdə Azərbaycanın bir çox incəsənət xadiminin də Vaşinqtona səfər edəcəyi gözlənilir.

Onlar Vaşinqtonda keçiriləcək xeyriyyə konsertinə qatılacaqlar.

Qeyd edək ki, xeyriyyə konserti ABŞ-ın Marşal İrsi İnstitutu, Azərbaycan Mədəniyyət Nazirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil ediləcək.

"Orxideyanın səsi” adı altında keçiriləcək xeyriyyə konsertindən əldə ediləcək gəlirlə Qarabağda ərazilərin minalardan təmizlənməsi məqsədilə xüsusi itlər alınacaq.

Xeyriyyə konserti mayın 3-də keçiriləcək.

Xatırladaq ki, ilk xəbəri "Real TV" yazıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook