Anar Bayramov onu bu dəfə müşavir təyin etdi - 7 ay əvvəl işdən çıxmışdı

Aprel 14
16:20
2025
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramova yeni müaşvir təyin olunub.
Qlobal.az "qaynarinfo"-ya istinadən verdutu məlumata görə, bu vəzifəyə Bahadur Rzayev gətirilib. Bununla bağlı müvafiq əmr imzalanıb.
Qeyd edək ki, Bahadur Rzayev 7 ay əvvəl Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri vəzifəsindən azad olunaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyəti sədrinin müşaviri təyin olunmuşdu.