SON XƏBƏR

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya olunub

Yanvar 29
12:16 2021
Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təmizləmə Qrupunun Bölmə rəhbəri, 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu xidməti vəzifəsini yerinə yetirərkən Ermənistan tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı mina partlayışı baş verib.

Agentlikdən APA-ya verilən məlumata görə, hadisə yanvarın 29-u saat 11 radələrində baş verib.

E. Mirzəyev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq dərhal cərrahiyyə əməliyyatına götürülüb. Vəziyyəti stabil ağırdır.

Onun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub və çox saylı qəlpə yarası alıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook