SON XƏBƏR

“Anadolu Qartalı - 2022” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub

İyun 17
10:52 2022
Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə təşkil olunan "Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminə hazırlıq məqsədilə brifinq keçirilib.
 
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə iştirakçılara təlimin planlaşdırılması və keçiriləcəyi ərazi, ona hazırlıq prosesi, həmçinin mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları və aviasiya vasitələri təmsil edəcək. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook