SON XƏBƏR

Ana-oğul özünə ev almaq istəyən şəxsin başına elə oyun açdı ki... – ŞOK TƏFƏRRÜAT

Aprel 30
02:05 2022
Yevlax rayonunda 1973-cü il təvəllüdlü Fərman Paşayev həmyerlisi Əkbər İsmayılova qarşı dələduzluq edib.

Qlobal.az Teleqraf.com-a istinadən xəbər verir ki, Əkbər İsmayılov özünə məxsus pulu saxlamaq üçün yanında çalışan Raisa Zorikovnayaya verib. Bundan xəbər tutan Fərman həmin vəsaiti ələ keçirməyə çalışıb. Fərman 2019-cu ilin aprelin sonlarında əvvəllər tanıdığı Əkbərin mənzil almaq üçün 2015-ci ilin oktyabrında anası Raisaya saxlamaq üçün verdiyi 45500 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirmək qərarına gəlib.

O, 2019-cu ilin aprelin sonlarında yaşadığı evdə sandıqda saxlanılan Əkbərə məxsus olan həmin pul vəsaitini onun dostuna verəcəyini anasına deyib, pulu götürərək ələ keçirib.

Bundan başqa, Fərman Əkbərin mənzil alacağı üçün əvvəllər anasına saxlamaq üçün verdiyi pulun üzərinə qoyması məqsədilə 2020-ci ilin avqustun 17-də 8500 ABŞ dolları məbləğində pul vəsaitini görüb. O, həmin pulu evdə anasında saxladığı Əkbərə məxsus olan pulunun üzərinə qoyacağı və növbəti gün zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərinə gedib, ona ev alacaqları adı ilə vəd verib. Fərman həmin pulu da ələ keçirib və ümumlikdə Əkbərə qarşı 54000 ABŞ dolları məbləğində ziyan vurub.

İstintaq orqanı tərəfindən Fərmanın barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Raisanın barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rafail Əliyevin sədrliyi ilə araşdırılıb.

Məhkəmə istintaqı zamanı Fərman özünü təqsirli bilməyib və o, ifadə verməkdən imtina edib. Məhkəmə araşdırması zamanı onun istintaqa verdiyi iki ifadəsi tədqiq olunub. Raisa ilk olaraq dövlət hesabına tutulmuş vəkilin iştirakı ilə verdiyi ifadəsində göstərib ki, Əkbəri təxminən 25 ildir tanıyır:

"Onunla münasibətlərim normal olub. Aramızda heç bir ədavət və düşmənçilik olmayıb. Əkbərdən təxminən 13 ildir faizlə pul almışam. Hər dəfə də faizlə götürdüyüm pulların müqabilində Əkbərə pulun üstünü artıqlaması ilə vermişəm. İlk dəfə 2007 və ya 2008-ci ildə Əkbərdən 5000 manat pul sələmə götürdüm. Həmin pulun faizi olaraq 5000 manata aya 500 manat pul ödəməli oldum. Əkbərə hər ay pul vermişəm. Həmin pulu ödəyərək yenidən Əkbərdən sələmlə pul götürmüşəm. Beləliklə Əkbərdən ayrı-ayrı vaxtlarda 4000 və ya 5000 manat pul sələmə götürmüşəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə Əkbərdən 4 il bundan əvvəl nənəsi Eminova Ninanın yas mərasimi üçün 2000 manat götürüb:

"Həmin pulu və onun üstünü qaytara bilmədim. Həmin pul və əvvəl götürdüyüm pulların üstü artaraq Əkbərə 30000 manat borcum yarandı. Əkbər mənə bir neçə dəfə Bakı şəhərində ev almaq istədiyini, pulu qaytarmasını dedi. Pulu qaytarmağa imkanım olmadı. Hər dəfə Əkbərə pulu qaytaracağımı deyərək onu yalandan yola verirdim. Əkbərin bir neçə dəfə ev alqı-satqısı ilə məşğul olan şəxslərlə mobil telefonla danışan zaman onun yanında olmuşam. Əkbər yanımda ev almaq istədiyi barədə danışıb, pulu qaytarmalı olduğumu bildirib”.

Fərman qeyd edib ki, 2020-ci il avqustun əvvəllərində Əkbər pulu qaytarmağı üçün dirənib:

"Avqustun 17-də dedi ki, borcumu gətir, Bakıya gedəcəm, ev almalıyam. Həmin pulu verməyə imkanım olmadı. Borc pulu Əkbərə qaytara bilmədiyimə, həm də Əkbər üstümə çox gəldiyinə görə özümü öldürmək qərarına gəldim. Avqustun 18-də, gecə saat təxminən 04.00-da yaşadığım evin təxminən 100-150 metr yaxınlığında evdən götürdüyüm cib bıçağı ilə qarnımın sol tərəfinə xəsarət yetirdim. İkinci dəfə özümü vurmağa əlim gəlmədi, qorxdum. Ölməmək üçün təxminən 100 metr qabaqda gözləyən avtobusa yaxınlaşdım. Avtobusun sürücüsü Asif adlı şəxsə məni bıçaqla vurduqlarını dedim, bu barədə Əkbərlə danışıb, hadisə barədə məlumat verməyini xahiş etdim. Polis şöbəsində isə izahat verərkən həqiqəti danışdım və özümə xəsarət yetirdiyimi bildirdim”.

İbtidai istintaqın sonrakı dövründə müqavilə əsasında tutduğu vəkilin iştirakı ilə təkrar ifadə verərkən əvvəl verdiyi ifadəsində göstərdiyi faktları təkzib edib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Əkbərin sözlərinə görə, 2015-ci ilin axırlarında Raisa Zorikovnayaya saxlamaq üçün özünə məxsus olan 56500 ABŞ dolları məbləğində pul verib:

"Həmin pulun 26000 manatı bacımın olub. Onun 11000 manatı bacımın övladının şəhid olmasına görə verilən pul olub. Bacım 26000 manat pulu mənə Bakı şəhərində ev alması üçün bağışlayıb. Raisa mənim yanımda işləyib. Seyfdə pul saxladığımı görüb və mənə "pulu ver, aparım mən saxlayım, evim etibarlıdır” dedi. Mən də qorxduğum üçün pulu saxlamağa Raisaya verdim. Pulu Raisaya verərkən aramızda heç bir yazılı sənəd bağlanmadı. Raisa pulu götürəndən sonra dedi ki, gəlninə verəcək və həmin pulu gəlini saxlayacaq. Raisadan pulu harada saxladığını soruşdum. Raisa pulu gəlini Xəyalənin evdəki sandıqda saxladığını dedi”.

Zərərçəkmiş bildirib ki, 2018-ci ildə Səxavət adlı dostuna pul lazım olub:

"Fərmandan anasından 11000 ABŞ dollar alıb və Səxavətə aparmasını xahiş etdim. Həmin pulu Fərman birbaşa apararaq Səxavətə verdi. Bundan sonra Raisadan, nə də Fərmandan pul almışam. Raisada mənim 45500 ABŞ dolları pulum qalıb. Ev almaq üçün bir neçə dəfə Fərmanla birlikdə Bakıya getmişəm. Ev alqı-satqısı ilə məşğul olan adamla gedərək evə baxmışıq”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, sonuncu dəfə 17 avqust 2020-ci ildə Fərmana Bakı şəhərindən ev almağa gedəcəklərini deyib:

"Avqustun 17-dəsaat 20 radələrində 8500 ABŞ dolları məbləğindəki pulu iş yerimdəki seyfdən çıxardım və Fərmana verdim. Həmin pulu evdəki anasında olan 45500 ABŞ dollarının üzərinə qoymasını və sabah birlikdə Bakı şəhərinə gedərkən ümumilikdə 54000 ABŞ dollarını da özü ilə götürməsini xahiş etdim. Çünki maklerlə evi 92000 manata almaq barədə danışdıq”.

Əkbərin sözlərinə görə, növbəti gün səhər saatlarında Asif adlı avtobus sürücüsü ona zəng edib:

"Asif "Fərmanın 2 nəfər maskalı şəxs bıçaqla məni vurub pulu aparıblar, Əkbərə zəng et” dediyini bildirdi. Mən də təcili yardıma zəng etdim və Fərmanın olduğu yerə qaçdım. Fərmanı tapdım, ondan nə olduğunu soruşdum. Fərman da mənə iki nəfər maskalı şəxsin vuraraq pulu da apardığını bildirdi. Bundan sonra polisə zəng edərək məlumat verdim”.

Zərərçəkmiş qeyd edib ki, bundan sonra isə Fərman polis şöbəsində olarkən özü-özünə xəsarət yetirdiyini etiraf edib: "Həmin vaxt polis şöbəsində Fərman mənim pulumu özünün xərclədiyini bildirdi”.

Fərman 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook