SON XƏBƏR

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? - RƏSMİ AÇIQLAMA

İyul 28
10:59 2025
Rusiyanın Amur bölgəsində "An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur.
 
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Xatırladaq ki, iyulun 24-də Rusiyanın Amur vilayətində "An-24” sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib. Məlumata görə, təyyarədə 42 sərnişin (onlardan 5-i uşaq), 6 ekipaj üzvü olub və hadisə nəticəsində 48 nəfər həyatını itirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook