AMT klinikasına yazılan protokol da yoxa çıxdı - Rəsmi sənədləri kim saxtalaşdrır?
İyun 20
12:35
2022
Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi 60 ünvanında yerləşən "AMT-İNVEST” MMC-yə məxsus "AMT” klinikası fəaliyyətində yol verdiyi nöqsana görə inzibati xəta haqqında protokol tərtib edilib. Amma sonradan həmin klinika məsuliyyətdən azad edilib.
Qlobal.az musavat.com-a istinadla xəbər verir ki, adı çəkilən klinikada yoxlama zamanı sertifikasiya olmadığına görə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib edilib. Protokol Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsinin Tibbi Nəzarət şöbəsinin müdiri Fazil Hüseynbəyov tərəfindən imzalanıb.
Lakin sonradan inzibati xəta haqqında protokol korlanmış kimi qeyd olunaraq yeni akt tərtib edilib. Həmin aktda "AMT” klinikasında inzibati xəta hadisəsinin olmaması qeyd edilib.
Yəni, bir yoxlama ilə əlaqədar iki akt tərtib edilib. Bu azmış kimi Ədliyyə Nazirliyinin Reyestr Xidmətinə yanlış məlumat verilərək "AMT” klinikası barəsində inzibati xəta ilə bağlı protokol yazılmadığı bildirilib və saxta məlumat reyesterə daxil edilib.
Bu qanun pozuntusunun aşkara çıxarılması xüsusi istintaq araşdırması tələb edir. Klinika barəsində tərtib edilən inzibati xəta haqqında protokolun əslinin harda olması müəyyən edilməlidir. Çünki inzibati xəta haqqında protokol ciddi hesabat sənədi hesab olunur və hər biri xüsusi nömrə ilə Maliyyə Nazirliyinin sifarişi ilə çap edilir.
Qeyd edək ki, bununla bağlı Baş Prokurorluğa müraciət edilib.
Onu da xatırladaq ki, bir müddət əvvəl oxşar hadisə barədə xəbər vermişdik. Yasamal rayonu, Lev Tolstoy küçəsi 137 ünvanında yerləşən "Dəniz Diş” MMC-yə məxsus stomatoloji müəssisə fəaliyyətində yol verdiyi nöqsana görə inzibati xəta haqqında protokol tərtib edilib, amma sonradan həmin klinika da məsuliyyətdən azad edilib.