Amerikalı ekspert İlham Əliyevi dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edib
Mart 13
07:21
2026
Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu 15 liderindən biridir.
"Report" xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə aparıcı eksperti Ceyms Cey Karafano "X"dəki hesabında yazıb.
Ceyms Cey Karafano Duqlas və Sara Allison xarici siyasət araşdırmaları mərkəzinin direktoru və "Heritage" fondunun Ketrin və Şelbi Kallom Devis beynəlxalq araşdırmalar institutunun vitse-prezidentidir. Karafano ABŞ Konqresində müdafiə, kəşfiyyat və vətən təhlükəsizliyi məsələləri üzrə ekspert kimi ifadə verib. Karafano, "Heritage"in antisemitizm əməliyyatlarının, o cümlədən "Esther" layihəsinin rəhbəridir.



